RU

Kuba ABŞ a hücum etmək istəyir, dəli olmusuz? Zaxarova

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Qərb mediasının Kubanın ABŞ-a hücum planları ilə bağlı yaydığı xəbərlər gülüş doğurur.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Başa düşürsünüz, bu, artıq “Homer gülüşünə” (qarşısıalınmaz qәhqәhә - red.) səbəb olur. Kubanın ABŞ-a hücum etmək istədiyini bildirən bir nəşri necə ciddiyə almaq olar? Onillərdir Amerika blokadası altında olan Kubada belə planları təsəvvür etmək çətin ki, mümkün olsun. İnformasiya və texniki blokada da daxil olmaqla, bütün mümkün halqalarla, yəni Amerikanın aqressiv qayğısı ilə əhatə olunmuş Kuba ABŞ-a hücum etmək istəyir? Başa düşürsünüz, ya müəllif dəli olub, ya da ictimai rəyi formalaşdırmağa başlayan qəsdən törədilmiş təxribat barədə danışmalıyıq”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
axar.az

1Источники