RU

Avropada sifilisə yoluxma rekord səviyyəyə çatıb

Ekspertlər Avropada qonoreya və sifilis xəstəliklərinə yoluxma hallarında rekord göstəricilər qeydə alıblar.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa ölkələrində cinsi yolla ötürülən infeksiyaların sayında kəskin artım müşahidə olunur. 2024-cü ildə Avropa İttifaqı ölkələrində 106 mindən çox qonoreya halı qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 31%, 2014-cü illə müqayisədə isə 300%-dən çox artım deməkdir.

2023-cü ildə 29 Avropa ölkəsində 40 mindən çox təsdiqlənmiş sifilis halı qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 13% çox, 2014-cü illə müqayisədə isə iki dəfə artıqdır.

Ekspertlər hamiləlik və doğuş zamanı sifilisin anadan uşağa keçməsi hallarının da artdığını qeyd edirlər.

Qadınlar arasında ən yüksək yoluxma səviyyəsi 20-24 yaş qrupunda qeydə alınır. Kişilər arasında isə ən yüksək yoluxma göstəricisi 25-34 yaş qrupunda müşahidə olunur.

QAZİLER.AZ

Избранный
17
qaziler.az

1Источники