RU

Bəhreyn rəsmisi: Manamanın əsas hədəfi davamlılıq, rəqabətlilik və sosial bərabərlikdir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2030-cu ilin sonunadək Bəhreynin paytaxtı olan Manamanın əsas təşəbbüsü davamlılığın, rəqabət qabiliyyətinin və sosial bərabərliyin maksimum səviyyədə təmin edilməsidir.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən təşkil olunan “Körfəz Əməkdaşlıq Şurası (GCC) və Ərəb Regionunda Ağıllı Şəhərlər” adlı tədbir zamanı Bəhreynin bələdiyyə məsələləri və kənd təsərrüfatı nazirinin xüsusi layihələr üzrə müşaviri Yusif Məhəmməd Əl Qəssab bildirib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri enerji, mobillik və urbanizasiya sahələrini əhatə edir.

Yusif Məhəmməd Əl Qəssab bildirib ki, Manama istifadə olunan praktika göstərib ki, “ağıllı şəhər” proqramı həm texnoloji baxımdan inkişaf etmiş, həm də insan yönümlü ola bilər.

"Məqsədlər və işçi qruplar çərçivəsində bütün qurumlar Mənzil, İnkişaf, Layihələr və İnfrastruktur Nazirliyinin koordinasiyası altında birləşdirilib ki, Manamanın “ağıllı şəhər” kimi inkişafına dair bütün layihələr ahəngdar şəkildə həyata keçirilsin", - Yusif Məhəmməd Əl Qəssab qeyd edib.

O əlavə edib ki, Manama həm paytaxt, həm də Bəhreyn krallığının əsas ticarət mərkəzi kimi formalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
apa.az

2Источники