RU

Karvaxal vida şam yeməyi təşkil etdi – Onu çağırmadı

“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal komanda yoldaşları və klub işçiləri üçün vida şam yeməyi təşkil edib.

Publikaaz xəbər verir ki, bu barədə sosial mediada məlumat verən “The Athletic” qəzetinin jurnalisti Mario Korteqananın sözlərinə görə, baş məşqçi Alvaro Arbeloa şam yeməyinə dəvət olunmayıb.

Əvvəllər mediada Karvaxal və Arbeloa arasında gərgin münasibətlərin olduğu bildirilirdi. Karvaxal “Real Madrid”in gənclər sisteminin məhsuludur. O, 2013-cü ilin yayından bəri əsas komandada çıxış edir.

Bu mövsüm futbolçu bütün turnirlərdə 22 oyun keçirib. O, “Real Madrid”də 450 oyunda iştirak edib və 14 qol vurub.

Избранный
13
publika.az

1Источники