RU

Bakı və Ankaranın regional liderliyi hansı qlobal gücləri narahat edir? – ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb. Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini bərpa etdikdən sonra regionun aparıcı dövlətinə çevrilib. Eyni zamanda Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri strateji xarakter daşıyır. Bu iki dövlət beynəlxalq platformalarda da bir çox hallarda oxşar mövqedən çıxış edir. İstər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıq yeni bir güc mərkəzinin formalaşmasına səbəb olub".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu strateji əməkdaşlıq, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində daha geniş inteqrasiya perspektivlərini gündəmə gətirir. Belə bir məqamda təbiidir ki, Türkiyənin regionda daha da güclənməsini, regional gücdən qlobal gücə çevrilməsini istəməyən müəyyən dairələr mövcuddur. Bu kontekstdə tez-tez Sorosçuların adı hallandırılır. İddia olunur ki, Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirən və onu dəstəkləyən əsas qüvvələrdən biri də məhz Sorosçu dairələrdir və onlar Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Türkiyə isə açıq şəkildə öz mövqeyini ifadə edib ki, Ermənistanla sərhədlərin açılması üçün ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması vacibdir. Sülh sazişinin imzalanması üçün isə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin zəruri olduğu bildirilir. Çünki sülh sazişinin əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların qalması bu prosesə maneə kimi qiymətləndirilir. Bu baxımdan Türkiyə dövləti dəfələrlə Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verib. Azərbaycanın Türkiyədəki səfiri də iki qardaş dövlət arasındakı münasibətlərə uyğun mövqe nümayiş etdirib.

"Türkiyədə də müəyyən Sorosçu dairələr fəaliyyət göstərir və onlar Türkiyənin qlobal gücə çevrilməsini, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsini istəmirlər. Ermənistandakı və Türkiyədəki bu çevrələrin mövqeləri müəyyən məqamlarda üst-üstə düşür. Məqsəd isə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq, Türk Dövlətləri Təşkilatının güclənməsinin və mümkün Turan İttifaqı ideyasının qarşısını almaqdır. Qərb, xüsusilə də ABŞ, Türk Dövlətləri Təşkilatının gələcəkdə daha böyük geosiyasi gücə çevrilməsini öz maraqları baxımından risk hesab edir. Bu səbəbdən müxtəlif fondlar və ideoloji təsir mexanizmləri vasitəsilə müəyyən şəxslər və qruplar fəaliyyət göstərir. Türkiyə və Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə strateji əməkdaşlıq edən iki qardaş dövlətdir və onların mövqeləri bir çox hallarda üst-üstə düşür. Bu əməkdaşlığa zərbə vurmaq üçün zaman-zaman müxtəlif avantürist şəxslər və bəyanatlar ictimai rəyə təqdim edilir. Bütün bu cəhdlərə baxmayaraq, iki dövlət arasındakı strateji əməkdaşlığa ciddi zərər vurmaq mümkün olmayacaq. Azərbaycan xalqının məşhur "İt hürər, karvan keçər" məsəli də məhz bu məqamda yerinə düşür", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники