RU

“Neftçi”nin rəhbərliyi məşhur hücumçuya SON XƏBƏRİ çatdırdı

“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Ötən ilin dekabrında bakılıların sükanı arxasına keçmiş Yuri Vernidub ondan ayyarım öncə bura gəlmiş kamerunlu ulduzun üstündən xətt çəkib.

Klub funksionerləri afrikalı ilə görüşərək, onun ukraynalı mütəxəssisin növbəti mövsümlə bağlı planlarında yer almaması barədə məlumatlandırıblar.

Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. O, baş məşqçinin mövqeyi ilə razılaşıb, artıq özünə bir müddətdir yeni komanda axtardığını bildirib.

Bakı klubunun tanınmış ismin müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməməsi anlaşılandır. Kamerun yığmasının keçmiş lideri hər iki dizindəki xroniki zədələr üzündən Vernidubun istəkliləri siyahısında yer almayıb.

«Şerif»in sabiq sükançısı ötən müddətdə heç cür ideal forma yığa bilməyən, daim artıq çəkidən əziyyət çəkən hücumçunu gözdən çıxarmaq məcburiyyətində qalıb.

Əvvəllər “Beşiktaş” və “Hatayspor”da çıxış etmiş 34 yaşlı qolçu ilə Türkiyənin I Liqasına vəsiqə qazanan “Bursaspor” maraqlanır.

Bursa təmsilçisi hücumçunun durumunu yaxından izləyir. Abubakar Türkiyə klubuna azad agent kimi keçəcək.

SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники