RU

Patricia Scotland: Hədəflərin icrası üçün çox praktik yanaşma lazımdır

Problemin həlli üçün idarəetmə və icra düzgün şəkildə həyata keçirilməlidir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində Millətlər Birliyinin sabiq Baş katibi, Birləşmiş Krallıq Lordlar Palatasının üzvü Patricia Scotland deyib.

O bildirib ki, Millətlər Birliyi ölkələrində beş region var: “Müxtəlif ölçülü və fərqli normalara malik ölkələr mövcuddur və resurslar çox məhduddur. Ona görə də biz bir-birimizə necə kömək edə biləcəyimizi düşündük. Birincisi, dediyim kimi, məlumatları düzgün başa düşmək lazımdır. Bizə vahid və kompleks siyasət lazımdır. Həmçinin bərpaedici yanaşmanı düşünməliyik. Biz şəhərlərdən çox danışırıq və bu doğrudur, lakin şəhərlərə ayrıca baxmaq olmaz. Onların kəndlərlə qarşılıqlı əlaqəsi var. Buna görə də kompleks qiymətləndirmə çox vacibdir.

Amma ən vacib məsələ icradır. Biz məlumatları başa düşə bilərik, lakin əsas məsələ onların icrasıdır. Uzun illərdir ki, deyilənləri başa düşürük, amma onları necə həyata keçirmək lazımdır sualı qalır. Məncə, hədəflərin icrası üçün çox praktik yanaşma düşünmək lazımdır. Biz Millətlər Birliyində bunu etməyə çalışdıq.

Digərlərinin nələri yaxşı etdiyini, nələri isə yaxşı etmədiyini bilməliyik. Digər mühüm məsələ isə idarəetmə və icranın düzgün şəkildə həyata keçirilməsidir. Biz Millətlər Birliyində ümumi qəbul edilmiş performans idarəetmə prinsipi yaratdıq ki, 56 ölkənin hamısı nə etdiyini anlaya bilsin və bunu effektiv şəkildə həyata keçirə bilsin”.

Избранный
13
2
apa.az

3Источники