RU

Messi və Ronaldu görüntüləri gerçək çıxdı FOTO/VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

LEGO şirkəti futbol ulduzları Lionel Messi, Kriştianu Ronaldu, Kilian Mbappe və Vinisius Juniorun yer aldığı Dünya Çempionatı reklamı ilə bağlı yeni paylaşım edib.

İdman.Biz xəbər verir ki, şirkət internetdə reklamda futbolçuların dublyorlarının çəkildiyi barədə yayılan görüntülərdən sonra çəkiliş arxası videosunu təqdim edib. LEGO paylaşımına “Hələ də bunun süni intellekt olduğunu düşünürsünüz? Əsl kamera arxası görüntüləri izləyin” sözlərini əlavə edib.

Reklamda dörd futbol ulduzu LEGO-dan hazırlanan Dünya Çempionatı kubokunun ətrafında görünür. Kampaniya “Everyone Wants a Piece” adı ilə təqdim olunub və 2026-cı il Dünya Çempionatı öncəsi xüsusi LEGO kolleksiyasının tanıtımına həsr edilib.

Beləliklə, LEGO viral reklamın süni intellektlə hazırlanması ilə bağlı iddialara rəsmi paylaşımı ilə cavab verib və görüntülərin real çəkiliş prosesindən olduğunu göstərməyə çalışıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
icma.az

1Источники