Azərbaycan milli dayanıqlı hədəfləri adaptasiya edir.
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Multilateralizm vasitəsilə mənzil sahəsinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, WUF13 məqsədlərinə doğru addımlayır:
"WUF13ün Bakıda keçirilməsi Azərbaycanda şəhərsalmada göstərdiyi sədaqətin nümunəsidir. Bu forumda alınacaq qərarları qətiyyətlə gerçəkləşdirəcək.
Azərbaycan öhdəliklərini yaxşı bilir və atılacaq addımlar öz töhfəsini mütləq verəcək".