RU

BMT rəsmisi: Milyonlarla gənc adekvat mənzil çatışmazlığının təsirini yaşayır

Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir, qeyri-rəsmi məskunlaşma ərazilərində yaşayır və iqlim dəyişikliklərinin təsirlərinə məruz qalır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier videomüraciətdə deyib.

O qeyd edib ki, iqlim dəyişiklikləri artıq təkcə potensial təhdid deyil, bunu real şəkildə görürlər və bu, icmalara təsir göstərir.

“Dünyanın hər yerində müxtəlif gənclər bu fəsadları müşahidə edir, bir araya gəlir, öz icmalarını qorumağa çalışır və yaradıcı, innovativ həllər təklif edirlər. Lakin real güc qərarlardan, güclü institutlardan və düzgün idarəetmədən gəlir.

Sonda vurğulayıram ki, birlikdə elə şəhərlər qurmalıyıq ki, təkcə yaşanılabilən deyil, həm də gənclərə və hamımıza aid olan şəhərlər olsun”, - o vurğulayıb.

Избранный
11
1
apa.az

2Источники