RU

Komitə sədri: Mənzil təminatı sadəcə sosial məsələ deyil

“Mənzil təminatı sadəcə sosial məsələ deyil. Bu problem tək faktorla ortaya çıxmır”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, çətinliklərin miqyası və mürəkkəbliyinə görə biz müəyyən yollar tapmalıyıq: “Daha sürətli şəkildə şəhərsalma planlaşması və miqrasiya baş verir. Qeyri-rəsmi məskunlaşmanın həcmi genişlənir. Çoxtərəfli əməkdaşlıq bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionların təcrübələri də bunu göstərir. İdarəetmə təkmilləşdirilməli, inkişaf bankları, özəl sektor, QHT-lər bura cəlb edilməlidir. Maliyyələşmə bu sahədə ən ciddi problemlərdən biridir. İnnovativ maliyyələşmə mexanizmləri vacibdir. Dayanıqlı mənzil təminatı üçün inteqrasiyalı plan lazımdır. Həyat səviyyəsinin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bunun ən yaxşı nümunəsini azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərimdə görə bilərik”.

Избранный
31
4
apa.az

5Источники