RU

Yalçın Rəfiyev: Ərazilərin minalardan təmizlənməsinə beynəlxalq ictimaiyyət kömək etməlidir

Münaqişələrdən və təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması məsələsində mina mövzusunun da gündəmə gətirilməsi vacibdir və bunun üçün bir çox ön şərtlər var.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yenidənqurma fəaliyyətinin başlaması məsələsində Azərbaycan üçün spesifik çətinlik minalarla bağlı çətinlikdir:

"Yəni maliyyə resurslarını mövcudluğu halında, atəşkəsin, sülhün mövcud olduğu halda belə yenidənqurma fəaliyyətinə o vaxt başlamaq olar ki, minalar təmizlənmiş olsun. Minaların təmizlənməsi təbii ki, böyük vəsait tələb edən bir şeydir".

Nazir müavini vurğulayıb ki, ərazinin minalardan təmizlənməsi bərpa və yenidənqurma həyata keçirən dövlətin tək məsuliyyəti olmamalıdır:

"BMT-də təsbit olunmuş bir faktdır ki, bu humanitar məsələdir. İnsanların bu problemlərlə üzləşməməsi üçün beynəlxalq ictimaiyyət birgə şəkildə bunun qarşısını almağa, təmizlənməsinə kömək etməlidir".

Избранный
13
far.az

1Источники