RU

Pakistanın Baş naziri Çinə səfər edəcək

Pekin, 21 may, AZƏRTAC

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 23-26-da Çində rəsmi səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib.

Səfər Çin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çianın dəvəti əsasında baş tutacaq.

Səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin də daxil olmaqla bu ölkənin rəhbər şəxsləri ilə görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Pakistanın Baş naziri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə həsr olunan tədbirə və biznes icmalarının görüşünə də qatılacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Избранный
35
azertag.az

1Источники