RU

Yaşıl enerji erasına keçid: Azərbaycanın yeni geosiyasi üstünlüyü- ÖZƏL

"Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər, Azərbaycanın onilliklər boyu formalaşdırdığı və qlobal arenada rəqabətədavamlılığını sübut etmiş Enerji Diplomatiyası Doktrinasının dərin strateji xülasəsidir. Dövlət başçısının vurğuladığı "istehsalçı-tranzit-istehlakçı" üçbucağındakı balansa əsaslanan və hər iki tərəf üçün qazanc vəd edən formul, bu gün dünyada etibarlı və sarsılmaz tərəfdaşlığın ən unikal nümunəsi hesab olunur. Qlobal geosiyasi böhranlar tez və ya gec sabitləşdikdən sonra yaranacaq yeni dünya nizamında isə Azərbaycanın beynəlxalq arenadakı çəkisi, liderlik potensialı və innovativ strateji gedişləri sayəsində enerji siyasətimiz keyfiyyətcə daha qüdrətli bir mərhələyə yüksələcəkdir".
Bu fikirləri politoloq  Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu yeni dövrdə ölkəmizin enerji siyasətindəki ən möhtəşəm transformasiya, ənənəvi karbohidrogen ixracatçısı statusunun yanına qlobal miqyaslı nəhəng "yaşıl enerji" gücü imicini əlavə etmək olacaqdır. Azərbaycan artıq sadəcə xam neft və təbii qaz tədarükçüsü deyil, Xəzər dənizinin, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun tükənməz bərpaolunan resursları ilə gələcəyin yaşıl elektrik enerjisini idarə edən mərkəzi qovşağa çevrilir. Bu kontekstdə, Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel kimi nəhəng və tarixi layihələr ölkəmizin qlobal ekoloji keçiddəki vazkeçilməz rolunu daha da möhkəmləndirəcək.
Eyni zamanda, böhranlardan sonra qlobal təchizat zəncirlərinin coğrafiyası yenidən dizayn olunarkən, Azərbaycanın milli maraqlara və səmərəli əməkdaşlığa söykənən uzaqgörən siyasəti sayəsində ölkəmiz multi-modal bir enerji qovşağı kimi mövqeyini daha da gücləndirəcəkdir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi dünya səviyyəli meqalayihələri təkbaşına və müttəfiqləri ilə uğurla reallaşdıran Azərbaycan, rəqəmsal və logistik imkanlarını artıraraq Mərkəzi Asiya və Xəzəryanı ölkələrin zəngin resurslarını Qərbə nəql edən əsas strateji "onurğa sütunu" funksiyasını yeni zirvəyə daşıyacaq.

Dövlət başçımızın qeyd etdiyi yeni şəraitdə Azərbaycanın enerji strategiyasının coğrafi areası daha da genişlənəcək, ölkəmizin fərqli böyük güclər və qitələr arasında unikal bir diplomatik "moderator" və tənzimləyici rolu misilsiz dərəcədə artacaqdır. Heç bir siyasi şərt diktə etmədən, qarşılıqlı hörmət və hüququn aliliyinə əsaslanan bu xətt rəsmi Bakının beynəlxalq nüfuzunu sarsılmaz edir. Böhrandan sonra dünya bazarlarında tətbiq olunacaq yeni ekoloji və texnoloji standartlara ən sürətli və peşəkar şəkildə uyğunlaşan ölkəmiz, daxili enerji arxitekturasını tamamilə "Ağıllı şəbəkələr" və dekarbonizasiya prinsipləri ilə idarə edərək intellektual səmərəlilik nümayiş etdirəcəkdir. Yekun olaraq demək olar ki, Prezident İlham Əliyevin uzaqgörənliklə qeyd etdiyi "yeni vəziyyət" Azərbaycan üçün sadəcə yeni bir mərhələ deyil, onun qlobal enerji xəritəsindəki əvəzedilməz, "kilid dövlət" və qalib lider statusunu əbədiləşdirən parlaq gələcəyin başlanğıcıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники