RU

Lajana Manandhar: Yaxın Şərqdəki böhran Cənubi Asiya ailələrinin də sosial rifahına ciddi təsir göstərir

Bakı, 21 may, AZƏRTAC

Yaxın Şərqdə davam edən böhran region ölkələrinə, xüsusilə də əmək miqrasiyasından asılı olan Cənubi Asiya dövlətlərinə ciddi sosial və iqtisadi təsirlər göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Asia Coalition for Housing Rights” təşkilatının nümayəndəsi Lajana Manandhar Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdiyi “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” adlı tədbirdə çıxışı zamanı deyib .

O bildirib ki, Yaxın Şərq mövzusu çox həssas və ağrılı məsələdir. Münaqişənin başladığı gündən etibarən insanlar onun təsirlərini birbaşa və dolayı şəkildə hiss edir.

“Nepal, Pakistan, Hindistan və Şri-Lanka kimi ölkələrdən minlərlə insan Yaxın Şərq ölkələrinə işləmək üçün üz tutur. Ailələr öz yaxınlarını Yaxın Şərqə işləməyə göndərirlər ki, onlar qazandıqları vəsaitlə ailələrini dolandıra, uşaqlarını məktəbə göndərə, tibbi xərcləri ödəyə və daha yaxşı yaşayış şəraiti yarada bilsinlər. Həmin gəlirlər bir çox ailələr üçün mənzil şəraitinin yaxşılaşdırılması və kiçik torpaq sahələrinin alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Yaxın Şərqdəki böhran yalnız region ölkələrinin deyil, əmək miqrasiyasından asılı olan bir çox dövlətlərin sosial rifahına birbaşa təsir edir”, – deyə Lajana Manandhar vurğulayıb.

Müxbir - Səbinə Əlizadə

Избранный
15
azertag.az

1Источники