Azərbaycan tarixi və əhəmiyyətli bir görüşün – WUF13-ün ev sahibidir.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı Gənclər və İdman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, hər il beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsindən böyük qürur duyurlar. Buna forumlar və digər mühüm tədbirlər də daxildir.
Fərid Qayıbov əlavə edib ki, dayanıqlı şəhərlər inklüziv və insan yönümlü qalmalı, innovasiya və texnologiya isə icma həyatını və insanlar arasındakı əlaqələri gücləndirməlidir.
"Bu gün Dünya Şəhər Forumunda bir araya gələrkən etiraf edilməlidir ki, dayanıqlı şəhər inkişafının uğuru yalnız infrastruktur və investisiyalardan deyil, eyni zamanda, iştirak, etimad, həmrəylik və insan əlaqələrindən asılıdır", - nazir qeyd edib.