Bakı, 21 may, AZƏRTAC
Məqsədimiz “Böyük Qayıdış” proqramının birinci mərhələsinin hədəflərinə çatmaq idi. Birinci mərhələ bu il başa çatır.
AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda tədbirdə bu barədə danışıb.
O bildirib ki, bütün azad edilmiş ərazilərdə bu mərhələdə qarşıya qoyulan hədəflərin, demək olar ki, hamısına nail olunub.