RU

Orxan Məmmədov: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin dayanıqlı şəhər inkişafına verdiyi strateji əhəmiyyəti əks etdirir

Bakı, 21 may, AZƏRTAC

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitinin formalaşdırılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

Orxan Məmmədov bildirib ki, bugünkü panel Azərbaycan üçün olduqca əlamətdar bir dövrdə keçirilir: “Prezident İlham Əliyev 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu mühüm qərar hökumətimizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitinin formalaşdırılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir. Bu qərar, həmçinin Azərbaycanın yalnız texnoloji baxımdan inkişaf etmiş və ekoloji cəhətdən dayanıqlı deyil, eyni zamanda, iqtisadi cəhətdən dinamik və sosial baxımdan inklüziv şəhərlərin qurulmasına sadiqliyini nümayiş etdirir”.

“Bu baxımdan, bugünkü panelin mövzusu olduqca аktualdır. Əminəm ki, müzakirələr faydalı fikir mübadiləsinə şərait yaradacaq və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə o əlavə edib.

Fotoqraf – İlkin Cavanşirov

Избранный
23
azertag.az

1Источники