RU

Alma boğazında qalan gənc qız bir illik komadan sonra VƏFAT ETDİ – FOTO/VİDEO

Almanın boğazında qalması nəticəsində komaya düşən gənc qız bir il sonra vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada 25 yaşlı baytar həkimi Lizanın ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Hadisə ötən ilin avqust ayında, Sankt-Peterburqda keçirilən tibbi konfrans zamanı qeydə alınıb.

Konfransın sonuncu günü nahar edərkən alma yeyən gənc qıza kimsə müraciət edib. O isə cavab verərkən alma parçası nəfəs borusuna ilişib.

Yaxınlıqda olan tibb işçilərinin ilkin müdaxiləsi nəticə verməyib və qız klinik ölüm keçirib.

Təcili yardım briqadası onun ürəyini yenidən döyündürə bilsə də, beyin 28 dəqiqə oksigensiz qalıb. Nəticədə beyin ödemi yaranıb və gənc qız süni komaya düşüb.

Bir il ərzində hərəkətsiz qalan, traxeostoma və qastrostoma vasitəsilə nəfəs alan və qidalanan gənc qız danışa bilməyib.

Həkimlərin sözlərinə görə, o, ətrafdakıları eşidir və anlayırdı. Lakin bütün reabilitasiya cəhdlərinə baxmayaraq, mayın 19-da gənc qızın ürəyi dayanıb.

Həkimlər qeyd edir ki, bu cür hallarda beyinin uzun müddət oksigensiz qalması sağalmaz fəsadlara yol açır.

 

Xuraman Etibarlı

İnterpress.az

Избранный
6
interpress.az

1Источники