RU

“İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsinin icrasına başlanıb » AzadMedia.az



“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” adlı layihənin icrasına başlayıb.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi qadınların ictimai nəzarət və ictimai iştirakçılıq proseslərində fəallığını artırmaq, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin səmərəliliyinə töhfə vermək, vətəndaşların qərarqəbuletmə proseslərində iştirak imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində qadınların idarəetmədə rolunun və ictimai təşəbbüslərdə iştirak potensialının gücləndirilməsi nəzərdə tutulur.

Layihə Quba, Şamaxı, Masallı, Şəki və Lənkəran rayonlarını əhatə edəcək. Fəaliyyətlər çərçivəsində regionlarda dəyirmi masalar, maarifləndirici görüşlər və müzakirələr təşkil olunacaq, ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmləri üzrə mövcud vəziyyət təhlil ediləcək.

Tədbirlərdə qadın liderlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, jurnalistlər, ictimai şura üzvləri və yerli icma fəalları iştirak edəcəklər. Müzakirələr zamanı qadınların ictimai iştirakçılıq sahəsində qarşılaşdığı problemlər, hüquqi və institusional maneələr, eləcə də onların həlli yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Layihə çərçivəsində regionlarda qaldırılan əsas məsələləri əks etdirən “real problemlər xəritəsi”, həmçinin ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Layihənin ictimai nəzarət mədəniyyətinin inkişafına, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə, qadınların qərarqəbuletmə proseslərində daha fəal iştirakına və idarəetmədə şəffaflığın artırılmasına töhfə verəcəyi gözlənilir.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Избранный
20
3
azadmedia.az

4Источники