RU

Aydın Kərimov: Şəhər planlaşdırması sənədlərlə yanaşı, beynəlxalq dialoq və çevik əməkdaşlıq tələb edən prosesdir

Bakı, 21 may, AZƏRTAC

Planlaşdırma, sadəcə, çertyojlardan, planlardan, kağızlardan və ya digər sənədlərdən ibarət deyil. Əlbəttə, onların hamısı çox vacibdir. Lakin planlaşdırma ən doğru yanaşmanı tapmaq üçün beynəlxalq birliklə aparılan müzakirələrə, beyin fırtınalarına və qarşılıqlı əlaqələrə sərf olunan saatlar, günlər, bəzən isə aylarla vaxt deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda tədbirdə deyib.

“Müharibədən sonrakı yenidənqurma prosesində qarşımızda duran zaman məhdudiyyətini nəzərə alsaq, azad edilmiş ərazilərdə biz bunu həm də iş prosesində öyrənməli olduq. Bu səbəbdən Prezident və hökumət tərəfindən lap başlanğıcda bu prosesə ən yaxşı şəkildə yanaşma üçün tətbiq edilən bəzi elementlər çox faydalı oldu. Bunun sayəsində biz planlaşdırıcılar, memarlar və icraçı qurumlar arasında çox diqqətli və eyni zamanda, çox çevik bir əlaqə əldə etdik”, - deyə xüsusi nümayəndə bildirib.

 

Избранный
43
azertag.az

1Источники