“Dünyanın müxtəlif şəhərləri iqlim dəyişikliyi, sürətli urbanizasiya, resursların idarə olunması, sosial bərabərsizlik və iqtisadi transformasiya ilə bağlı getdikcə daha mürəkkəb çətinliklərlə üzləşirlər. Bu çətinliklərin həlli hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini, akademiyanı və xüsusilə özəl sektoru əhatə edən hərtərəfli və əməkdaşlığa əsaslanan yanaşma tələb edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin təşkilatçılığı ilə keçirilən “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsində deyib.
O bildirib ki, kiçik və orta sahibkarlıq subyektləri dayanıqlı şəhər transformasiyasının əsas hərəkətverici qüvvələrindən biridir:
"KOB-lar yalnız iqtisadi artıma və məşğulluğa töhfə vermir, həm də şəhər icmalarında innovasiya, yaşıl keçid, rəqəmsallaşma, yerli xidmətlərin inkişafı və sosial inklüzivliyin gücləndirilməsində mühüm rol oynayır.
Bu gün dayanıqlı və davamlı şəhərlər yalnız dövlət investisiyaları və siyasət çərçivələri ilə qurula bilməz. Sahibkarlar, startaplar, texnologiya təminatçıları, memarlar, şəhər innovatorları və infrastruktur inkişaf etdiriciləri gələcək nəsillər üçün daha ağıllı, daha yaşıl və daha inklüziv şəhərlərin yaradılmasında əsas rol oynayırlar.
Azərbaycan bu istiqamətdə artıq mühüm irəliləyişlər əldə edir.
Böyükmiqyaslı şəhər transformasiyası layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl zonaların genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsipləri əsasında aparılan yenidənqurma işləri ölkəmizin innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətini nümayiş etdirir".
KOBİA-nın İdarə Heyətinin sədri qeyd edib ki, KOB-lar üçün WUF13 beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək, yeni biznes əlaqələri qurmaq, uğurlu qlobal təcrübələri öyrənmək və dayanıqlı şəhər inkişafına töhfə verən innovativ məhsul, xidmət və həlləri təqdim etmək üçün dəyərli imkanlar yaradır.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта