RU

Marco Bovati: Mənzil mövzusu tələbələrin tədrisində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir

Müasir dövrdə mənzil konsepsiyası sürətli ekoloji dəyişikliklərə və ümumi innovasiya proseslərinə uyğun şəkildə formalaşdırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dosenti Marco Bovati WUF13-də Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” mövzulu sessiyada deyib.

Marco Bovati bildirib ki, mənzil mövzusu tələbələrin tədrisi baxımından xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Təhsil prosesinin özünün də müəyyən çətinliklərlə müşayiət olunduğu vurğulanıb.

Marco Bovati diqqətə çatdırıb ki, yaşayış məkanlarının layihələndirilməsinin tədrisi zamanı müxtəlif çağırışlar mövcuddur. İnnovasiya və tədqiqatların isə, bu sahədə fundamental biliklərin formalaşdırılması baxımından mühüm rol oynadığı bildirilib.

Избранный
6
1
azerbaijan-news.az

2Источники