RU

Si Cinpin gələn həftə Şimali Koreyaya səfər edə bilər

Çin sədri Si Cinpin gələn həftənin əvvəlində Koreya Xalq Respublikasına səfər edəcək.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə Çinin hökumət rəsmiləri məlumat verib.

Başqa bir mənbə Çin prezidentinin Şimali Koreyaya səfərinin bu ayın sonu və ya gələn ayın əvvəlində baş tutma ehtimalının yüksək olduğunu bildirib.

Ehtimal olunur ki, Çin lideri Şimali Koreya ilə ABŞ arasında münasibətlərdə vasitəçilik etməyə cəhd edə bilər. Mənbənin məlumatına görə, yanvar ayında Çinə dövlət səfəri zamanı Cənubi Koreya prezidenti Li Ce Myonq Si Cinpindən Koreyalararası münasibətlərin həllində kömək istəyib və Çin lideri buna müsbət cavab verib.

Избранный
34
herbiand.az

1Источники