“Gənclər daha fəal olmalıdırlar. WUF da iqlim gündəliyinin bir parçasıdır”.
Redaktor.az xəbər verir ki, bunu VUF 13 çərçivəsində “Azərbaycanda Şəhər Yenidənqurması və Urban Transformasiya: İnnovativ Bərpa Modeli” adlı tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai dedi.
“COP-larda özəl sektoru az görürük. Əgər özəl sektor iqlim gündəliyinə inanmasa, investisiya qoymasa, heç nə baş verməyəcək. Biz daha çox kiçik və mikro bizneslərlə çalışmalıyıq. Bu hələ də kifayət etmir.
Gəncləri bu işlərə cəlb etməliyik. Onlar qərarqəbuletmə prosesinin də bir parçası olmalıdırlar. Gənclərlə birlikdə fəaliyyət göstərməliyik”.
Aytəkin TOFİQQIZI