RU

BMU-da Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər, Azərbaycan dili və pedadogika və Dizayn kafedralarının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Sözün işığında” adlı ədəbi-bədii tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı filmi izləyiblər. 

Sonra tədbiri giriş sözü ilə açan Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva və Azərbaycan dili və pedadogika kafedrasının müdiri Təranə Hacıyeva Səməd Vurğunun Azərbaycan ədəbi fikrində xüsusi yer tutduğunu bildiriblər. Qeyd olunub ki, görkəmli şairin zəngin yaradıcılığı milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissləri və insan sevgisinin təbliğində mühüm rol oynayıb. Çıxışlarda vurğulanıb ki, Səməd Vurğun poeziyası təkcə öz dövrünün deyil, həm də bu günün oxucusunun düşüncə dünyasına təsir edən, milli ruhu yaşadan və gələcək nəsillərə ötürən qiymətli irsdir.  

Ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edən tədbirdə BMU-nun “Biznesin idarəedilməsi” ixtisasının I kurs tələbəsi Rəna Teymurova şairin sözlərinə bəstələnmiş mahnı ifa edib.   

Sonra BMU-nun dosenti Yasin Xəlilov, baş müəllim Rəhman Quliyev, dosent Əli Ələmi, dosent Emin Ağayev, müəllim Ramiz Nəcəfli çıxış edərək, Səməd Vurğun yaradıcılığının əsas istiqamətləri, poeziyasının bədii gücü və cəmiyyətə təsiri barədə fikirlərini bölüşüblər. Çıxışlarda şairin sevgi, Vətən, torpaq, təbiət və insan mövzularını özünəməxsus poetik üslubla qələmə aldığı, lirik və dramatik əsərlərində milli ruhu, mənəvi dəyərləri və xalqın duyğularını yüksək sənətkarlıqla ifadə etdiyi qeyd olunub. 

Poeziya nümunələrinin və musiqi ifalarının geniş yer aldığı tədbirdə  “Dizayn” ixtisasının II kurs tələbəsi Vahidə Şıxalizadə “Şair nə tez qocaldın sən“, “Kimya mühəndisliyi” ixtisasının I kurs tələbəsi Şövkət Kərimov “Dünya” şeirlərindən parçalar səsləndiriblər. 

Tədbir çərçivəsində BMU-nun rəqs kollektivinin təqdim etdiyi rəqs iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Sonda “Dizayn” ixtisasının II kurs tələbəsi Bahar Tağızadənin ifasında Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin sözlərinə bəstələnmiş mahnı səsləndirilib və bununla tədbir başa çatıb. 

Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1

Избранный
39
azedu.az

1Источники