RU

CNN: İran hərbi-sənaye bazasını ABŞ-nin gözlədiyindən daha sürətlə bərpa edir

Bakı, 21 may, AZƏRTAC

İran hərbi-sənaye bazasını ABŞ-nin gözlədiyindən daha tez bərpa edir və artıq yenidən dron istehsalına başlayıb.

AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə ABŞ kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb. Məlumata görə, Tehran aprelin əvvəlində qüvvəyə minən atəşkəs dövründə istehsalat gücünün bir hissəsini bərpa etməyə nail olub.

Ekspertlərin sözlərinə görə, İran ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəyən raket sistemlərinin, buraxılış qurğularının və əsas silahlarının istehsal həcmini gözləniləndən xeyli sürətlə bərpa edir. ABŞ kəşfiyyat orqanları İranın hücum dronlarının istehsalını altı ay ərzində tam bərpa edə biləcəyindən ehtiyatlanır.

Избранный
28
azertag.az

1Источники