RU

Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir VİDEO

Bakı, 21 may, AZƏRTAC

COP29-un Bakıda uğurlu keçirilməsi Azərbaycanın praktik iqlim tədbirlərinə və beynəlxalq əməkdaşlığa sadiqliyini daha da gücləndirib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciətlə çıxışı zamanı deyib.

"COP29 tədbiri zamanı aparılan müzakirələr icra mexanizmlərinin, dayanıqlılığın, iqlim maliyyələşdirilməsinin və inkişaf siyasətlərinə dayanıqlılığın daha güclü inteqrasiyasının artan əhəmiyyətini vurğuladı. İnanırıq ki, daha güclü dayanıqlılıq standartları bu keçidə təkan ola bilər. Onlar daha davamlı infrastrukturu, resurs səmərəliliyini, dairəvi iqtisadiyyat yanaşmalarını, yaşıl şəhərsalma və daha məsuliyyətli istehsal və istehlak modellərinə stimul verə bilər. Əhəmiyyətli olan həm də odur ki, davamlılığa əlavə bir yük kimi yanaşılmamalıdır. Bu, uzunmüddətli dayanıqlığa, iqtisadi səmərəliliyə və insanların rifahına qoyulan investisiya kimi qəbul edilməlidir. Həm ambisiyalı, həm də praktik standartların hazırlanması üçün beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir", - deyə Muxtar Babayev vurğulayıb.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov

 

Избранный
1
2
azertag.az

3Источники