Misli premyer-liqasının 33-cü turunda “Sumqayıt”ın qonağı olacaq “Qarabağ” hazırlığı yekunlaşdırıb. Klub sosial şəbəkə hesablarında oyunöncəsi son məşqdən şəkillər paylaşıb. Şəkillərdə Bəhlul Mustafazadənin də məşqlərdə iştirak etdiyi görünür.
Maraqlıdı, görəsən, Bəhlul zədəsini tam sağaldıbmı? Onun son turda oynamaq ehtimalı varmı?
“Qarabağ”ın mətbuat xidmətinin əməkdaşı Anar Həsənovun “Football-plus.az”a verdiyi məlumata görə, Bəhlulun vəziyyəti yaxşılaşmaqdadı. Ancaq indi yalnız fərdi məşqlər edir. O, hələ komandayla birgə məşqlərə qoşulmayıb. Bu o deməkdi ki, futbolçunun “kimyaçılar”a qaşrşı oynamaq ehtimalı yoxdu.
Xatırladaq ki, Bəhlulun Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində problem yaranmışdı. O, bu səbəbdən cərrahi əməliyyat keçirmişdi.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта