RU

Baş direktor: KOB-lara investisiya dayanıqlı inkişaf və uzunmüddətli rifaha investisiyadır

Qlobal miqyasda KOB-lar bütün bizneslərin təxminən 90 faizini təşkil edir, məşğulluğun isə yarıdan çoxunu təmin edirlər.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının satistik, iqtisadi və sosial tədqiqat və təlim mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk WUF13 çərçivəsində keçirilən⁩ “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” adlı sessiyada bildirib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bəzilərində KOB-ların payı bütün müəssisələrin 90 faizinə qədər çatır:

“Bu səbəbdən deyə bilərik ki, KOB-lar yerli icmaların iqtisadi və sosial strukturunun əsas dayaqlarıdır. Onlar istehsal bazasını genişləndirməklə iqtisadi diversifikasiyaya töhfə verir, iqtisadiyyatın məhdud sayda sektordan asılılığını azaldırlar.

Müxtəlif böhranlar zamanı KOB-ların xüsusi rolunu aydın şəkildə müşahidə etmişik. Türkiyədə baş verən Kahramanmaraş zəlzələsi zamanı bunu bir daha gördük. Türkiyənin “Kiçik Sənaye Sahələrinin Bərpası və İqtisadi Dirçəliş” layihəsi çərçivəsində 1600-dən çox mikro müəssisəyə dəstək göstərilməsi nəzərdə tutulur.

Biz əməkdaşlığın və qarşılıqlı öyrənmənin inkişafı üçün İƏT KOB şəbəkəsinə xüsusi əhəmiyyət veririk. Eyni zamanda KOB inkişaf agentliklərinin gücləndirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Bu baxımdan KOB-lara investisiya qoyuluşu cəmiyyətlərimizin uzunmüddətli rifahına və davamlı inkişafına investisiya qoyuluşu deməkdir. Buna görə də biz təmin etməliyik ki, KOB-lar dayanıqlı şəhər transformasiyasının mərkəzində qalsın”.

Избранный
34
apa.az

1Источники