RU

Türk televiziya tarixində bir dövrün sonu: "Arka Sokaklar" 20 ildən sonra final edir

2006-cı ildən etibarən hər cümə izləyicilərlə görüşən və 20 ildir ekran həyatını davam etdirən “Arka Sokaklar” serialının final edəcəyi iddia olunub.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, türk televiziya tarixinin ən uzunömürlü layihələrindən biri hesab edilən serialla bağlı bu iddia sosial şəbəkələrdə gündəm olub. 

Baş rollarında Zafer Ergin, Özgür Ozan və Şevket Çoruhun yer aldığı “Arka Sokaklar”ın 21-ci mövsüm hazırlıqlarının dayandırıldığı iddiası da sosial mediada geniş müzakirələrə səbəb olub.

Hələlik "Kanal D" tərəfindən rəsmi açıqlama verilməyib. Serialın yeni mövsümdə davam edib-etməyəcəyinə isə sentyabr ayında aydınlıq gələcəyi bildirilib.

Serial 750-ci bölümə çatıb. Uzun illər ərzində serialda çox sayda aktyor rol alıb və müxtəlif mövzular tamaşaçılara təqdim olunub.

Həmidə İbrahimova

Избранный
65
olke.az

1Источники