RU

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.

Qeyd edilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Избранный
5
22
aznews.az

10Источники