RU

Bu yolda diqqətli OLUN: “Qazi oğlum var” oyunu - Yeni fırıldaq

Son zamanlar vətəndaşlardan pul almaq üçün fərqli üsullardan istifadə olunur.

Milli.Az-ın məlumatına görə, vətəndaşlar belə hallardan biri ilə Bakı-Sumqayıt yolunda, Saray postunun yaxınlığında yerləşən marketin dayanacağında rastlaşıb.

İddia olunur ki, bir şəxs dayanacaqda park edilmiş avtomobillərin sahiblərinə yaxınlaşaraq yolu azdığını və evə zəng etməli olduğunu deyib telefon istəyir.

Məlumata əsasən, həmin şəxs zəng zamanı qarşı tərəfə "Qapını döydüm, açmadılar. Burada qalmışam, ərazini də tanımıram" kimi ifadələr işlədir. Daha sonra telefondakı qadın özünü onun anası kimi təqdim edərək yolu izah etmək əvəzinə oğlunun qazi olduğunu bildirir və vətəndaşlardan 3-5 manat yolpulu vermələrini xahiş edir.

Qeyd edilib ki, həmin şəxsin daha sonra başqa insanlara da yaxınlaşdığı, eyni sözləri dediyi və insanların insani hisslərindən istifadə edərək pul istədiyi müşahidə olunub.

Vətəndaşlara tanımadıqları şəxslərlə ünsiyyət zamanı diqqətli olmaları tövsiyə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники