RU

Samuxda da aqropark yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edib. “CasaAgro Aqropark” adlandırılan yeni kənd təsərrüfatı müəssisəsi Samux rayonunun Nəbiağalı qəsəbəsində yerləşir.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. O qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur. “CasaAgro Aqropark” haqqında məlumat verən qurum rəhbəri bildirib ki, bu özəl aqropark tərəfindən innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

“CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə minnətdarlığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 72 hektar, layihə dəyəri 14,6 milyon manatdır. Aqroparkda damlama suvarma sistemi altında 5 hektar alma, 8 hektar armud, 15 hektar nektarin, 10 hektar şaftalı, 7 hektar ərik, 3 hektar gavalı, 10 hektar xurma və 9 hektar gilas bitkiləri becərilir.

Çıxışlardan sonra Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini “CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir. Bu günə qədər ölkə ərazisində fəaliyyət göstərən aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

XQ

Избранный
4
10
xalqqazeti.az

10Источники