AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 21 may, AZƏRTAC
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb.
WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL.
Nazir müavini: Çalışırıq ki, ev təminatı məsələsində maliyyələşməni əlçatan və dayanıqlı edək.
WUF13: Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” mövzusunda sessiya yekunlaşıb.
Nəriman Axundzadə məhsuldar ötürmə edib, komandası ABŞ Kubokunun yarımfinalına yüksəlib.
WUF13 Təşkilat Komitəsinin üzvü: İnklüzivlik davamlı şəhər inkişafının əsas prioriteti kimi önə çıxır.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib.
DİM: II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək.
Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir.
Media: Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir.
Anaklaudia Rossbax: Mənzil probleminin həllinə nail olan ölkələr bunu daxili maliyyələşmə hesabına edirlər.
Almaniyalı mütəxəssis: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində çalışanların bir araya gəlməsi üçün yaxşı imkandır.
WUF13: Azərbaycan pavilyonunda “Şəhərlər üçün izahlı lüğət”in təqdimatı olub.