RU

WUF13-də Şəki haqqında sənədli film təqdim olunub - FOTOLAR

WUF13 çərçivəsində “Şəki: Şəbəkə, tarix və sənətkarlıq Azərbaycanın canlı irsini birləşdirir” adlı sənədli filmi təqdim olunub.

APA xəbər verir ki, film Şəkinin ənənə ilə müasirliyin vəhdətində inkişaf edən “ağıllı şəhər” kimi gələcəyini əks etdirir.

Ekran işində Şəkinin 2 500 illik İpək Yolu tarixi, 1772-ci il daşqınından sonra yenidən qurulan memarlıq vahidliyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi ön plana çıxarılır.

Filmdə əsas diqqət Şəki Xan Sarayı və şəbəkə sənətinə yönəlib.

Qeyd edək ki, sənədli filmi Azərbaycanın "AnewZ" beynəlxalq televiziya kanalı hazırlayıb.

"Cebheinfo.az"

Избранный
2
1
cebheinfo.az

3Источники