RU

Azərbaycanda yas mərasimində zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA

Azərbaycanda
Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin vəziyyəti məlum bəlli olub. 1news.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb.
"20 may tarixində saat 17 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir".

Избранный
22
5
1news.az

10Источники