Mənşəcə Fələstindən olan 29 yaşlı amerikalı supermodel Bella Hadid 79-cu Kann Kinofestivalının qırmızı xalçasında diqqətçəkən siyasi bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, model tədbirə Fələstin xəritəsi formasında hazırlanmış gümüş kulonla qatılıb.
Uzaqdan adi bir açarı xatırladan bu bəzək əşyasına yaxından baxdıqda ölkənin xarakterik xəritə silueti aydın şəkildə seçilib. Qeyd edək ki, açar ("miftah") Fələstin mədəniyyətinin ən mühüm simvollarından biridir.
O, 1948-ci il Nəkbə (Böyük Fəlakət) hadisələri zamanı itirilmiş evləri və fələstinlilərin öz torpaqlarına "geri qayıtmaq hüququnu" təmsil edir.
Bu, məşhur modelin ardıcıl olaraq 10-cu ildir ki, Kanna gəlişidir. B.Hadid karyerası boyunca qlobal platformalardan Fələstinə dəstək nümayiş etdirmək üçün fəal şəkildə istifadə edir. Belə ki, o, 2024-cü il festivalında kəfiyyə (ənənəvi fələstin şalı) naxışlı libasda görünmüşdü, Fələstin xəritəsi formalı broş isə artıq uzun müddətdir ki, onun vizit kartına çevrilib.
![]()

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта