RU

Ürəyi qoruyan ən faydalı yay giləmeyvəsi 

Çiyələk qanda şəkərin səviyyəsini normallaşdırır.

Ölkə.az "Deia" nəşrinə istinadla xəbər verir ki, bu barədə kardioloq Aurelio Rojas danışıb.

Onun sözlərinə görə, çiyələk orqanizmdə xroniki iltihabla aktiv mübarizə aparan çoxlu antioksidant və lif ehtiva edir. Məhz bu iltihab şəkərli diabet, piylənmə və daimi yorğunluq kimi bir çox ciddi sağlamlıq probleminin əsas səbəblərindən biridir. Həkim bildirib ki, çiyələyin müntəzəm istifadəsi insulin müqavimətini yaxşılaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.

“Qlükoza səviyyəsinin hər kəskin artımı iltihabı gücləndirir, damarların və hüceyrələrin qocalmasını sürətləndirir. Bu isə ürək xəstəlikləri riskini artırır”, - deyə o izah edib.

Həkim çiyələyin digər üstünlükləri sırasında əlavə kalori yükləmədən aclıq hissini azaltmasını və oksidləşdirici stressi aşağı salmasını da qeyd edib.

Həmidə İbrahimova

Избранный
34
olke.az

1Источники