RU

May Abdel Hamid: Subsidiya üçün elə bir sistem qurduq ki, ehtiyacı olan insanlara çatsın

Bakı, 21 may, AZƏRTAC

2015-ci ildə ilkin 200 milyon dollardan əlavə 500 milyon dollarlıq kredit müqaviləmiz var idi, sonra isə daha 500 milyon dollar əlavə olundu. Beləliklə, subsidiyalar üçün Dünya Bankından ümumilikdə 1,2 milyard dollar əldə etdik. Bu subsidiya üçün biz elə bir sistem qurduq ki, həqiqətən ehtiyacı olan insanlara çatsın.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Abdel Hamid Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, müxtəlif gəlir kateqoriyalarına fərqli subsidiya məbləğləri tətbiq olunur.

“Hər il gəlir tavanı müəyyən edirik, mülkiyyətində ev olan insanların proqramdan yararlanmasına icazə vermirik. Biz bütün zəruri xidmətləri, kommunikasiyaları olan yeni şəhərlər salmalı və onların böyük şəhərlərlə nəqliyyat əlaqəsini təmin etməli idik. Lakin bu, böyük investisiyalar tələb edirdi. Subsidiya vəsaitləri bizə özəl banklardan daha çox maliyyə cəlb etməyə kömək etdi”, - deyə May Abdel Hamid vurğulayıb.

Fotoqraf - Azər İbrahimov
Video - Vüsal Taqiyev
Избранный
17
azertag.az

1Источники