RU

Azərbaycanda mənzil maliyyələşməsi tam elektronlaşdırılıb -

“Azərbaycanda biz maliyyələşmə sahəsində innovativ yanaşmalar tətbiq etməyə çalışırıq. Xüsusilə daxili maliyyə resurslarının rolunu çox vacib hesab edirik”.Metbuat.az-ın məkumatına görə, bu fikirləri İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə çıxışı zamanı bildirib.
Anar Kərimov qeyd edib ki, son 20 il ərzində Azərbaycan sosial inklüzivlik və maliyyə sistemini birləşdirən mənzil maliyyələşdirmə mexanizmi formalaşdırıb. İpoteka Fondu bu sistemin əsas institusional dayağına çevrilib. Fond 58 mindən artıq mənzil kreditini maliyyələşdirib və bu, 58 min ailənin bu sistemdən faydalanması deməkdir. Eyni zamanda 9 min kirayədən mülkiyyətə keçid müqaviləsi həyata keçirilib ki, bu da ailələrə əvvəl kirayədə yaşayıb sonradan ev sahibi olmaq imkanı verir.
“Digər mühüm dəyişiklik rəqəmsallaşmadır. Çünki maliyyələşmə ilə yanaşı idarəetmə də böyük əhəmiyyət daşıyır. Azərbaycanda mənzil maliyyələşməsi prosesi tam rəqəmsallaşdırılıb və müraciətlər, yoxlamalar, təsdiqlər dövlət elektron sistemi vasitəsilə həyata keçirilir. Bununla yanaşı, açıq şəkildə qeyd etmək lazımdır ki, mənzilə tələbat hələ də yüksəkdir. Buna görə də islahatların davam etdirilməsi vacibdir”, - deyə Anar Kərimov bildirib.

Aynur Abdınova / Metbuat.az

Избранный
52
metbuat.az

1Источники