RU

Hindistan rəsmisi: "Mənzil təminatı ilə bağlı subsidiyalar iqtisadi zəif təbəqələrə yönəldilib"

Hindistanda mənzil təminatı ilə bağlı subsidiyalar iqtisadi cəhətdən zəif təbəqələrə yönəldilib, yüksək gəlirli qruplara isə evlər daha yüksək qiymətə satılıb.

"Report" xəbər verir ki, bunu Hindistan Milli Mənzil Bankının idarəedici direktoru Sancay Şukla Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hökumət hədəfi və gündəliyi müəyyən etməlidir, bunlar hamısı eyni dərəcədə vacibdir: "Məsələn, milli hökumətdən danışarkən, öz təcrübəmdən deyə bilərəm ki, biz 5 il ərzində 29,5 milyon ev təhvil verdikdə, bu, təkbaşına mümkün deyildi. Xüsusilə şəhər hökumətləri də eyni dərəcədə vacib rol oynayırdılar. Hindistanda müxtəlif səviyyələrdə hökumətlər mövcuddur; mərkəzi hökumətdə hakimiyyətdə olan partiya hər yerdə, ştatlarda da eyni şəkildə hakim deyil. Beləliklə, milli hökumət gündəliyi müəyyən edib, sonra isə bizim kimi inkişaf maliyyə institutları çox vacib rol oynayıb. Biz güzəştli maliyyələşdirmə təmin etdik. Biz torpağı güzəştli qiymətlə verdik və özəl sektordan orada tikinti aparmaları istənildi. Yüksək gəlirli, aşağı gəlirli qruplar və iqtisadi cəhətdən zəif təbəqələrin birləşməsi baş verdi".

Qonaq vurğulayıb ki, torpaq bölgüsü və şəhər yerli orqanlarının, işi isə şəhər hökumətlərinin öhdəsində oub: "Hesab edirəm ki, bunların hər biri bərabər rol oynayır. Burada çatışmayan bir həlqə var, bu da ipoteka kredit təşkilatlarıdır. Çünki iqtisadi cəhətdən zəif təbəqəyə, cəmiyyətin ən aşağı pilləsində olan insanlara ipoteka verərkən, ümumi risk qiymətləndirmə standartına gəlmək çox vacibdir. Çünki kredit verərkən hamı yüksək və ya orta gəlirli insanlara borc verməyə çalışır, lakin bu seqment tamamilə diqqətdən kənarda qalır. Buna görə də, 2007-ci ildə biz bu məsələni həll etdik və iqtisadi cəhətdən zəif təbəqəyə, şəhər yoxsullarına və ya orta gəlirli qruplara kredit verən bir çox ipoteka şirkəti yaranıb".

Избранный
54
far.az

1Источники