RU

NATO ABŞ olmadan yaşaya bilməz - Stoltenberq

NATO ABŞ olmadan yaşaya, AB isə alyansın rolunu yerinə yetirə bilməz.

Aktual.az xəbər verir ki, bunu Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO-nun hazırkı forması ABŞ olmadan mövcud ola bilməz:

"Xeyr, söhbət təxminən 80 ildir tanıdığımız NATO-dan getmir, söhbət Avropa və ABŞ-ın birlikdə dayanması və bütün təhdidlərə qarşı durması ilə bağlıdır. Buna görə də Avropa ilə ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir. AB-yə böyük hörmətlə yanaşıram, amma inanmıram ki, AB ümumi təhlükəsizlik və müdafiə zəmanətləri məsələlərində NATO-nu əvəz edə bilər”.

Избранный
40
2
ulusum.az

3Источники