RU

“İnkişaf banklarının portfelində mənzil təminatına ayrılan pay olduqca azdır“

“Humanitar və inkişaf məqsədli fondlar arasında ciddi balanssızlıq mövcuddur. Məsələn, BMT, beynəlxalq QHT-lər və digər qurumlar tərəfindən ayrılan humanitar vəsaitlər əsasən mənzil təminatı üçün deyil, insanların həyatını xilas etmək, təcili yardım göstərmək və digər humanitar ehtiyacları qarşılamaq üçün nəzərdə tutulur”.

SİA xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.

Onun sözlərinə görə, dünən Forum çərçivəsində beynəlxalq maliyyə institutları ilə keçirilən müzakirələrdə də bu məsələ xüsusi vurğulanıb. Müzakirələr zamanı bildirilib ki, inkişaf banklarının portfelində mənzil təminatına ayrılan pay olduqca azdır. Bu isə onu göstərir ki, inkişaf sektoru uzun müddət mənzil məsələsinə kifayət qədər diqqət ayırmayıb.”

Müəllif: Günay Hacıyeva
Избранный
38
sia.az

1Источники