RU

Mabel Matiz və məşhur aktyorlar əməliyyatda saxlanıldı

Türkiyədə Serenay Sarıkaya, Tan Taşçı, Mabel Matiz, Blok3, Feyza Civelek və Onur Tuna da daxil olmaqla 14 nəfər məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun açıqlamasında bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotiklərlə mübarizə çərçivəsində aparılan araşdırmalar zamanı hüquq-mühafizə orqanları son dövrdə bir sıra əməliyyatlar həyata keçirib.

Bu əməliyyatlar nəticəsində xaricdən dəniz yolu ilə ölkəyə gətirilmək istənilən böyük həcmdə kokain sahilə çatmamış ələ keçirilib. Eyni zamanda narkotik istehsalı məkanları müəyyən edilərək İstanbulun müxtəlif rayonlarında çoxsaylı narkotik satıcısı həbs olunub.

Açıqlamada həm narkotik ticarəti və istehsalı ilə məşğul olanlara, həm də narkotik istifadəsini asanlaşdıran, yer təmin edən və istifadə edən şəxslərə qarşı ayrıca istintaq aparıldığı qeyd olunub. Toplanan sübutlar əsasında İstanbul İl Jandarma Komandanlığına 25 şübhəli barəsində saxlanılma, axtarış və ifadə alınması ilə bağlı göstəriş verildiyi bildirilib.

Əməliyyat çərçivəsində İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24 ünvana, həmçinin Muğlada bir ünvana reyd keçirilib.

Əməliyyat zamanı Mabel Matiz, Feyza Civelek, Onur Tuna və digər şəxslərin “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və ya istifadə etmə”, həmçinin “narkotik istifadəsini asanlaşdırma” maddələri ilə saxlanıldığı bildirilib.

Həmidə İbrahimova

Избранный
25
olke.az

1Источники