RU

WUF13-də daha bir sessiya keçirildi

Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo”dakı Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiya keçirilib.

“Yeni Sabah” xəbər verir ki, sual-cavab formatında keçirilən sessiyada ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin Memarlıq Dizaynı üzrə assistent professoru Leyla Həsənova, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev və ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) DASTU kafedrasının dosenti Marco Bovati çıxış ediblər.

Marco Bovati diqqətə çatdırıb ki, yaşayış məkanlarının layihələndirilməsinin tədrisi zamanı müxtəlif çağırışlar mövcuddur. İnnovasiya və tədqiqatlar isə bu sahədə fundamental biliklərin formalaşdırılması baxımından mühüm rol oynayır. Pepperoni pizza

Nora Lombardini bərpa və yenidənqurma prosesindən də bəhs edərək, bu məsələdə dövlətin rolunun və dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.


Telegram kanalımız
Избранный
7
4
yenisabah.az

5Источники