RU

Sosial Fonddan külli miqdarda vəsait mənimsəyən 55 nəfər SAXLANILDI

Çelyabinsk vilayətində 60 milyon rubl oğurlayan 55 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Çelyabinsk vilayətində genişmiqyaslı fırıldaqçılıq şəbəkəsinin üstü açılıb.

Aparılan araşdırmalar nəticəsində Rusiya Federasiyasının Sosial Fonduna saxta sənədlər təqdim edərək dövlət vəsaitlərini mənimsədikləri iddia edilən 55 nəfər saxlanılıb.

Məlumata görə, cinayətkar qrup bu yolla ümumilikdə 60 milyon rubl (təxminən 1 431 600 manat) məbləğində vəsaiti mənimsəyib.

Hazırda saxlanılan şəxslərin bu cinayət sxemindəki rolları müəyyən edilir və istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
30
interpress.az

1Источники