RU

Rossbax: "Mənzil sektorunda maliyyələşmədə ciddi struktur uyğunsuzluğu var"

“Mənzil sektoru həm humanitar, həm də inkişaf maliyyələşməsində kifayət qədər prioritet deyil”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı” adlı sessiyada BMT-nin Mənzil Proqramı (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.

O bildirib ki, humanitar və inkişaf maliyyələşməsi arasında ciddi uyğunsuzluq mövcuddur və bu, xüsusilə mənzil təminatında özünü göstərir.

Onun sözlərinə görə, humanitar vəsaitlər daha çox təcili sığınacaq və ilkin yardım üçün nəzərdə tutulsa da, inkişaf bankları vasitəsilə yönləndirilən maliyyənin içində mənzil sektorunun payı çox kiçikdir:

“Bir çox ölkələrdə mənzil problemləri əsasən daxili maliyyə hesabına həll olunur, lakin bu sistem formalaşmadıqda insanlar adekvat dəstəkdən məhrum qalır”.

O vurğulayıb ki, planlaşdırma mərhələsində icmaların gücləndirilməsi, sosial kapitalın artırılması və mərhələli (inkremental) yanaşmaların tətbiqi vacibdir.

UN-Habitat rəhbəri əlavə edib ki, yerli hökumətlərin prosesdə gücləndirilməsi əsas şərtlərdəndir, çünki məhz onlar xidmətlərin davamlılığını təmin edir:

“Mənzil sektoru həm də böyük iqtisadi sənayedir və geniş dəyər zənciri vasitəsilə həm yerli iqtisadiyyatı, həm də ümumi iqtisadi artımı stimullaşdırır”.

"Cebheinfo.az"

Избранный
16
cebheinfo.az

1Источники