RU

Direktor: ADB hazırda dövlət maliyyəsi hesabına mənzil layihələrinin riskini azaltmaq üzərində işləyir

ADB hazırda dövlət maliyyəsi hesabına mənzil layihələrinin riskini azaltmaq üzərində işləyir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampat deyib.

O bildirib ki, aşağı gəlirli əhali üçün əlçatan mənzil yalnız subsidiyalar hesabına həll edilə bilməz və burada şəhər planlaması, nəqliyyat, infrastruktur və sosial siyasətlər birlikdə nəzərə alınmalıdır.

Srinivas Sampat qeyd edib ki, bəzi ölkələrdə bütün infrastruktur yükünün özəl sektorun üzərinə qoyulması layihə xərclərini gözləniləndən üç dəfə artırıb.

Onun sözlərinə görə, ADB hazırda dövlət maliyyəsinin əsas infrastruktur xərclərini qarşılaması və bununla layihələrin riskinin azaldılması üzərində işləyir.

ADB rəsmisi vurğulayıb ki, şəhərlərdə yaşayan miqrant işçilər və bank sistemindən kənarda qalan əhali üçün kirayə mənzil modeli getdikcə daha vacib olur.

Srinivas Sampat bildirib ki, ADB və Dünya Bankı Hindistanın Tamil Nadu ştatında kirayə mənzillər üçün xüsusi sığınacaq fondu yaradıb və bu fond vasitəsilə miqrant işçilər, sənaye işçiləri və işləyən qadınlar üçün layihələr maliyyələşdirilir.

Onun sözlərinə görə, gələcəkdə əsas məqsəd yalnız mənzil maliyyələşməsi deyil, əlçatan yaşayış imkanlarının genişləndirilməsi olmalıdır.

Избранный
26
1
apa.az

2Источники