RU

Bu gün şəhid Qurbət Tarverdiyevin doğum günüdür

Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub.

Azərbaycan Ordusunun əsgəri olan Qürbət Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Goranboy rayonun Ağcakənd qəsəbəsində hərbi xidmətnə davam etmişdir. Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub. 2020-ci il oktyabrın 7-də Füzulinin Qorqan kəndində gedən döyüşlər zamanı yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Qürbət Tarverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Избранный
21
qht.az

1Источники